XƏBƏRLƏR

Azərbaycan Universitetində qış imtahan sessiyası başa çatıb

Azərbaycan Universitetində qış imtahan sessiyası başa çatıb

01 fevral 2018

Baxış sayı: 4355

Azərbaycan Universitetində 2017/2018-ci tədris ilinin payız semestinin imtahan sessiyası başa çatıb. 27 dekabr 2017 - 2 fevral 2018-ci il tarixləri arasında keçirilən sessiya dövründə imtahanların normativ sənədlər əsasında təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahanın gedişinə nəzarət, yarana biləcək neqativ halların, münaqişə və şikayətlərin dərhal aradan qaldırılması məqsədi ilə imtahan qərargahı, həmçinin imtahan nəticələrinin təkrar yoxlanılması ilə əlaqədar komissiya fəaliyyət göstərib.

Sessiya dövründə 513 imtahan keçirilib. 2 fevral 2018-ci il tarixi etibarı ilə komissiyaya 223 apelyasiya ərizəsi daxil olub. Onlardan 94-ü əsaslı sayılaraq tələbələrin müraciəti təmin edilib. 6 ərizəyə isə baxılmaqdadır. “İkinci cəhd” imtahanlarında iştirak etmək üçün isə 4 fakültə üzrə ümumilikdə 538 ərizə daxil olub.

İmtahanların gedişinə müşahidə kameraları və nəzarət qrupunun əməkdaşları tərəfindən nəzarət olunub.

Yaz semestri 16 fevral 2018-ci il tarixdə başlayacaq. 

İctimaiyyətlə əlaqələr şöbəsi
02.02.2018

DİGƏR XƏBƏRLƏR