XƏBƏRLƏR

Azərbaycan Universitetində şahmat və dama üzrə bahar turniri keçirilib

Azərbaycan Universitetində şahmat və dama üzrə bahar turniri keçirilib

14 mart 2016

Baxış sayı: 4779

Novruz Bayramı ərəfəsində Azərbaycan Universitetində tələbələr arasında “Şahmat və dama üzrə bahar turniri” keçirilib. Turnirdə bütün fakültə və kurslar üzrə şahmat və damaya marağı olan 40-dan çox tələbə iştirak edib. Turnirin nəticələrinə əsasən I, II və III yeri tutanlara diplom, yarışın birincilərinə isə kubok təqdim olunub.
Maraqlı və gərgin anlarla yadda qalan turnurdə Vüqar Məmmədov şahmat üzrə, Kənan Xələfov isə dama üzrə qalib olub.

Şahmat turnirinin qalibləri:
I yer – Vüqar Məmmədov, Biznes və iqtisadiyyat fakültəsi (Maliyyə, II kurs)
II yer – Tahir Abışov, Sosial iş fakültəsi (Sosial iş, III kurs)
III yer – İlqar İskəndərov, Biznes və iqtisadiyyat fakültəsi (Menecment, III kurs)

Dama turnirinin qalibləri:
I yer – Kənan Xələfov, Sosial iş fakültəsi (Sosial iş, IV kurs)
II yer – Samir Hüseynov, Sosial iş fakültəsi (Sosial iş, IV kurs)
III yer – Tural Mirzəyev, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi, (Riyaziyyat, II kurs)

Qalibləri təbrik edirik! 

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
14.03.2016

DİGƏR XƏBƏRLƏR