XƏBƏRLƏR

Azərbaycan Universitetinin struktur bölmə rəhbərləri üçün təlim keçiriləcək

Azərbaycan Universitetinin struktur bölmə rəhbərləri üçün təlim keçiriləcək

23 oktyabr 2017

Baxış sayı: 4005

Azərbaycan Universitetinin struktur bölmə rəhbərləri üçün “Personalın idarə olunması mədəniyyəti" mövzusunda təlim keçiriləcək. 15 həftə davam edəcək təlimlərin təşkil olunmasında əsas məqsəd kadr potensialının inkşaf etdirilməsi və bölmə rəhbərlərinin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsidir.

Təlimlər kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcılarından olan Fuad Məmmədov tərəfindən aparılacaq.

“Personalın idarə olunması mədəniyyəti"  təlimi ümumilikdə 30 saat olmaqla, həftədə bir dəfə keçiriləcəkdir. Təlim 8 mühazirə və 6 seminardan ibarətdir. 

27 oktyabr 2017-ci il tarixdə başlayacaq təlimlər 2018-ci ilin fevral ayında yekunlaşacaq. Təlimin sonunda iştirakçılar imtahan verib sertifikatla təltif olunacaqlar.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.10.2017


DİGƏR XƏBƏRLƏR