XƏBƏRLƏR

Azərbaycan Universitetində tədbirlər də onlayn rejimdə keçirilir

Azərbaycan Universitetində tədbirlər də onlayn rejimdə keçirilir

27 aprel 2020

Baxış sayı: 2907

Azərbaycan Universitetində dərslərlə yanaşı tədbirlər də onlayn rejimdə aparılır.  Belə ki, bazar ertəsindən başlayaraq kafedraların təşkilatçılığı ilə pandemiya vebinarlarına start verilib. İlk vebinarı Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva aparıb.

Vebinar “Pandemiya dövründə stresin idarə olunması”na həsr olunub. Vebinarda pandemiya anlayışı, stres ümumi adaptasiya sindromu kimi, karantin dovründə stresin səbəbləri, stresin fizioloji və emosional əlamətləri, stresli vəziyyətdə nə etməli, stresdən qorunmanın vasitələri kimi mövzular müzakirə olunub.

Universitetin müəllim, tələbə və inzibati heyəti üçün nəzərdə tutulan vebinarların qrafiki aşağıdakı kimidir:

28 aprel 2020, 13.30
Azərbaycan dili və ədəbiyyat kafedrası – “Pandemiya və biz”

29 aprel 2020, 13.30
Maliyyə və iqtisadiyyat kafedrası – “Pandemiyanın iqtisadiyyata təsiri və bunun qarşısının alınması istiqamətində dövlət tədbirlərinin əsas istiqamətləri”

30 aprel 2020, 13.30
Riyaziyyat və informatika kafedrası – “Virtual ünsiyyətdən virtual təhsilə keçid”  

1 may  2020, 13.30
Xarici dillər kafedrası – “The impact of Covid -19 on education”

4 may 2020, 13.30
İctimai elmlər kafedrası – “Dünya tarixində kütləvi epidemiyalar:  Koronavirus (Covid -19) pandemiyasının oxşar və fərqli cəhətləri”

İctimaiyyətlə əlaqələr şöbəsi
27.04.2020

DİGƏR XƏBƏRLƏR