XƏBƏRLƏR

Azərbaycan Universitetində onlayn qeydiyyat başa çatıb

Azərbaycan Universitetində onlayn qeydiyyat başa çatıb

15 oktyabr 2020

Baxış sayı: 3007

Azərbaycan Universitetində 2020/2021-ci tədris ilində bakalavriat pilləsinə qəbul olan tələbələrin onlayn qaydada qeydiyyatı başa çatıb. Qeydiyyat üçün tələb olunan sənədlərin onlayn qaydada qəbulu sentyabrın 25-dən oktyabrın 14-dək aparılıb.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçən tələbələr 19 oktyabrdan başlayaraq Universitet ilə tanışlığa dəvət olunacaqlar. Görüşlər ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməklə təşkil olunacaqdır. Tələbələr universitetə daxil olarkən sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qoruyucu vasitələrdən istifadə etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Universitetində cari tədris ili üçün 21 ixtisas üzrə qəbul aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
15.10.2020


DİGƏR XƏBƏRLƏR