XƏBƏRLƏR
Azərbaycan Universitetində III qrup üzrə dörd ixtisas tədris olunur
Dövlət İmtahan Mərkəzi mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzi qəbul imtahanında iştirak edən bütün abituriyentlərə uğurlar arzulayır!
Azərbaycan Universiteti III qrup abituriyentlərinə filologiya (Azərbaycan dili və ədəbiyyatı), tərcümə (ingilis dili), tarix və sosial iş olmaqla 4 ixtisas təklif edir. Bütün ixtisaslara Dövlət sifarişi ilə (pulsuz) qəbul mümkündür.
III qrup abituriyentləri qəbul aparılan ixtisasların karyera perspektivləri haqqında ətraflı məlumat almaq üçün Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71 ünvanında fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz Dövlət İmtahan Mərkəzi ilə əldə edilmiş razılığa əsasən yaradılıb və həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir.
Abituriyent və valideynlər (+99412) 431 41 12 (daxili 133) nömrəli telefonla əlaqə saxlamaqla həftənin cümə axşamı günləri saat 10.00-dan 16.00-dək “Açıq qapı” günlərində iştirak edə bilər, suallarını universitetin əməkdaşlarına, professor-müəllim heyətinə ünvanlaya bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
18.05.2019