XƏBƏRLƏR

Azərbaycan Universitetində yanvar ayı üzrə “Ayın əməkdaşı” seçilib

Azərbaycan Universitetində yanvar ayı üzrə “Ayın əməkdaşı” seçilib

31 yanvar 2018

Baxış sayı: 4697

İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Lalə Dilənova yanvar ayı üzrə “Ayın əməkdaşı” seçilib. Seçimdə müdir müavininin Universitetin fəaliyyət və tədbirlər planının icrasında göstərdiyi yaradıcılıq və fəallıq nəzərə alınıb.

Ayın əməkdaşı rəhbərlik tərəfindən mükafatlandırılıb.

Lalə Tofiq qızı Dilənova ali təhslini hər iki pilləsini Türkiyənin Gazi Universitetində oxuyub. Radio-televiziya və kino ixtisası üzrə 1998-ci ildə bakalavr dərəcəsi, 2003-cü ildə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə Türkiyədə başlayıb. Müxtəlif media orqanlarında müxbir, redaktor, ictimaiyyətlə əlaqələr mütəxəssisi kimi fəaliyyət göstərib. 

2009-cu ildən Azərbaycan Universitetində çalışır. 2009-2014-cü illərdə Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib. 2014-cü ildən İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.02.2018

DİGƏR XƏBƏRLƏR