XƏBƏRLƏR

Azərbaycan Universitetində ənənəvi daxili şahmat turniri keçiriləcək

Azərbaycan Universitetində ənənəvi daxili şahmat turniri keçiriləcək

19 noyabr 2019

Baxış sayı: 3211

Azərbaycan Universitetinin ənənəvi daxili şahmat turniri bu il dekabr ayının 6-da keçiriləcək. Turnir saat 10.00-da II mərtəbədəki sərgi zonasında başlayacaq. İştirakçıların olimpiya sistemi üzrə mübarizə aparacaqları müsabiqədə Azərbaycan Universitetinin bütün tələbələri iştirak etmək hüququna mailikdirlər.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnir bu il yeddinci dəfədir ki, keçirilir. Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədi ilə təşkil olunur.

Qalibləri diplom və kubokla təltif olunacaqlar. Qeydiyyat İctimaiyyətlə əlaqələr şöbəsi, dekanlıqlar və idman zalında aparılır. Turnirdə iştirak etmək istəyən tələbələr 05522040 58 nömrəli telefonla da əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.11.2019

DİGƏR XƏBƏRLƏR