XƏBƏRLƏR

Azərbaycan Universitetində yeni fakültə yaradılıb

Azərbaycan Universitetində yeni fakültə yaradılıb

17 fevral 2016

Baxış sayı: 4978

Azərbaycan Universitetində “İnformasiya-kommunikasiya texnologiyaları” fakültəsi yaradılıb. Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, Riyaziyyat və informatika müəllimliyi ixtisasları yeni fakültəyə birləşdirilib.
Fakültənin qarşısında duran əsas vəzifələr qeyd olunan sahələrdə xarici tərəfdaş universitetlərlə birgə kadr hazırlığı və ikili diplom proqramlarının həyata keçirilməsi; sənaye - xidmət müəssisələri və texnoparklarla əməkdaşlığın gücləndirilməsi;  elektronik laboratoriyanın fəaliyyətinin təşkili; tələbələrin İT layihələrinə cəlb olunmasıdır.
Elmi şuranın qərarı ilə universitetdə idarəetmənin təkmilləşdirilməsi məqsədiylə bəzi struktur dəyişiklikləri və yeni təyinatlar da olub. Belə ki, “İqtisadiyyat və idarətmə” və “Biznes” fakültələri birləşdirilərək “Biznes və İqtisadiyyat” fakültəsi yaradılıb. “Sosial işin təşkili və idarə olunması” və “Biznes inzibatçılığı”  kafedraları  isə ləğv olunub.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
17.02.2016

DİGƏR XƏBƏRLƏR