XƏBƏRLƏR

Azərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunub

Azərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunub

27 dekabr 2018

Baxış sayı: 3684

Azərbaycan Universitetinin tələbələri tərəfindən ali təhsil müəssisəsinin rəhbərliyi və professor-müəllim heyəti üçün yeni ilə həsr olunmuş “Dünya ölkələrində yeni il” (New Year around the world) adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tələbələr tədbirə Xarici dillər kafedrasının müəllimlərinin rəhbərliyində hazırlaşıblar. Kompozisiyanın ssenari müəllifi kafedranın müdiri Samirə Məmmədovadır.

Kompozisiya Azərbaycan dili ilə yanaşı Xarici dillər kafedrası tərəfindən tədris olunan alman, ingilis, çin, ərəb dillərində hazırlanıb. Dünyanın müxtəlif xalqlarının yeni ili qarşılama adətlərini əks etdirən nümayişdə maraqlı səhnəciklər və musiqi nömrələri təqdim olunub. Qeyd olunub ki, hər ölkə fərqli adət-ənənələrlə hazırlaşsa da, hər kəs yeni ilə yeni ümidlər, yeni arzular, yeni uğurlar və ən əsası da xoşbəxtlik arzusu ilə qədəm qoyur.

Tədbiri universitetin rektoru Səadət Əliyeva da izləyib. Rektor tələbələri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə təbrik edib, xatirə şəkli çəkdirib.

Kompozisiyada Hümanitar fənlər, Biznes və iqtisadiyyat fakültələrinin tələbələri iştirak edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
27.12.2018


DİGƏR XƏBƏRLƏR