XƏBƏRLƏR

Azərbaycan Universitetində yeni tədris ilinin ilk danışıq klubu təşkil olunub

Azərbaycan Universitetində  yeni tədris ilinin ilk danışıq klubu təşkil olunub

24 oktyabr 2022

Baxış sayı: 5789

Azərbaycan Universitetində yeni tədris ilinin ilk “İngilis dilində danışıq klubu” Filologiya və tərcümə və Xarici dillər kafedralarının təşkilatçılığı ilə baş tutub. Kafedra müdirləri Samirə Məmmədova və Aygün Qasımovanın moderatorluq etdiyi kluba universitetin müxtəlif ixtisas və kurslarında təhsil alan  tələbələr qatılıb. İştirakçılar ilk dərsdə “Tanışlıq” mövzusu ətrafında müzakirə aparıb, həmçinin müxtəlif mövzu və tapşırıqlar ətrafında fikirlərini tələbə yoldaşları ilə bölüşüblər. 

Qeyd edək ki, ənənəvi olaraq hər həftə təşkil olunacaq danışıq klubu ödənişsizdir. Klubun əsas məqsədi  tələbələrin əldə etdikləri ingilis dili biliklərinin möhkəmləndirilməsi, praktiki danışıq məşğələləri vasitəsilə onların ingilis dilində ünsiyyət vərdişlərinin təkmilləşdirilməsidir.

 İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR