XƏBƏRLƏR

Azərbaycan Universitetində “Zəngəzur: sabaha hesablanmış işğal” filminin təqdimatı keçirilib

Azərbaycan Universitetində  “Zəngəzur: sabaha hesablanmış işğal” filminin təqdimatı keçirilib

26 oktyabr 2022

Baxış sayı: 9070

Azərbaycan Universitetində Qarabağ zəfərinin ikinci ildönümünə həsr olunan daha br tədbir təşkil olunub. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin “Zəngəzur: sabaha hesablanmış işğal” layihəsi çərçivəsində hazırlanan eyniadlı sənədli filmin Azərbaycan  Universitetinin tələbələri üçün təqdimatı keçirilib. 

Filmin nümayişindən əvvəl ictimai birliyin sədri Rada Abbas çıxış edərək Zəngəzurun 1920-ci ildə Ermənistana verilməsi qərarı haqqında tələbələrə məlumat verib. Rada Abbas qeyd edib ki, film inigilis dilinə də tərcümə ediləcək. Sosial işin təşkili  kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva Vətən müharibəsi ilə işğaldan azad edilən torpaqlarımızın strateji əhəmiyyəti haqqında danışıb. 

Çıxışların ardından sənədli filmin nümayişi olub. 

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci ildə elan etdiyi grant müsabiqəsinin qalibidir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR