XƏBƏRLƏR

Azərbaycan Universitetindən tələbələrə sosial dəstək

Azərbaycan Universitetindən tələbələrə sosial dəstək

03 avqust 2018

Baxış sayı: 6333

Azərbaycan Universiteti tələbələrinin sosial həyatının da qayğısına qalır. Belə ki, universitet  tərəfindən 2018/2019-cu tədris ilində bakalavriat pilləsinə qəbul olan tələbələr üçün sosial dəstək paketi hazırlanıb.

Buna görə, Universitetə hər ixtisas üzrə ən yüksək bal toplayaraq qəbul olan tələbələr birinci tədris ili üçün ictimai nəqliyyatda gediş haqqı ilə təmin ediləcəklər. Digər yandan, cari tədris ilində Azərbaycan Universitetinə qəbul olan bütün tələbələr “AtaSığorta” tərəfindən sığortalanacaqlar.

Tələbələrin müvafiq elektron ödəniş kartları və sığorta sənədləri Azərbaycan Universiteti rektorunun I kurs tələbələri ilə görüşündə onlara təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Universiteti haqqında ətraflı məlumat almaq istəyən abituriyent və valideynlər “Açıq qapı” günlərində iştirak edə bilərlər. “Açıq qapı” günləri 13 avqust tarixində yekunlaşacaq.  

Daha ətraflı məlumat üçün

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Vebsayt:  www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi facebook səhifəsi: www.facebook.com/AzerbaycanUnv

İctimaiyyətlə əlaqələr şöbəsi
03.08.2018

DİGƏR XƏBƏRLƏR