XƏBƏRLƏR

Abituriyentlər üçün Azərbaycan Universitetinə virtual infotur təşkil olunub

Abituriyentlər üçün Azərbaycan Universitetinə virtual infotur təşkil olunub

29 iyun 2020

Baxış sayı: 2676

Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan universitetlərinə virtual infotur” layihəsinin iyirminci qonağı Azərbaycan Universiteti olub.  Virtual infotur zamanı abituriyent, valideyn, müəllim və tələbələrə universitetin tanıtım filmi nümayiş olunub, universitetin fəaliyyəti, tədris olunan və qəbul aparılan ixtisasların mahiyyəti və xarakteristikası, karyera imkanları, tələbələr üçün yaradılan imkanlar haqqında məlumat, ixtisas və universitet seçimi ilə bağlı tövsiyələr verilib.

İnfoturda İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilənova və universitetin tələbəsi Elimxan Əliyev izləyiciləriə bələdçilik edib, onları maraqlandıran sualları cavablandırıblar.

İnfotur Sabunçu Gənclər Evinin Facebook səhifəsində canlı yayımlanıb.

Qeyd edək ki, infoturun məqsədi iştirakçıların ixtisas və universitet seçimlərini düzgün etmələrinə, onların daxil olmaq istədikləri ali təhsil müəssisələrinin ixtisaslaşdığı istiqamətlər, tələbələr üçün yaradılan şərait və imkanlar barədə ətraflı məlumatlandırılmasına töhfə verməkdir. Azərbaycan universitetlərinə virtual infotur iyunun 1-dən 30-dək Sabunçu Gənclər Evinin “Facebook” səhifəsində (https://www.facebook.com/sabunchu.ge/) canlı yayımlanacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.06.2020

DİGƏR XƏBƏRLƏR