XƏBƏRLƏR

Azərbaycan Universitetində doktorant və dissertantlarla görüş keçirilib

Azərbaycan Universitetində doktorant və dissertantlarla görüş keçirilib

01 fevral 2019

Baxış sayı: 3877

Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul edilmiş doktorant və dissertantlarla görüş keçirilib. Tanışlıq və təlimat xarakterli görüşdə doktorant və dissertantların təhsil aldıqları müddətdə görəcəkləri işlər barədə məlumat diqqətə çatdırılıb, sualları cavablandırılıb.

Magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva yeni doktorant və dissertantları təbrik edib, onlara məsləhət və tapşırıqlarını verərək, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. 

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Universitetinə fəlsəfə doktoru proqramı üzrə 10 doktorant və 10 dissertant qəbul edilib. Qəbul planı 100 faiz yerinə yetirilib.

Yeni qəbul olmuş doktorant və dissertantlar arasında ölkənin qabaqcıl müəssisə və şirkətlərinin mütəxəssisləri, Azərbaycan Universitetinin bakalavriat və magistratura pillələri üzrə məzunları, xarici universitetlərdən bakalavr və magistr dərəcələri alanlar və pedaqoji fəaliyyətlə məşğul olanlar var. 

İctimaiyyətlə əlaqələr şöbəsi
01.02.2019


DİGƏR XƏBƏRLƏR