XƏBƏRLƏR

Azərbaycan Universitetinin 161 tələbəsi istehsalat təcrübəsinə başladı

Azərbaycan Universitetinin 161 tələbəsi istehsalat təcrübəsinə başladı

18 fevral 2019

Baxış sayı: 3485

Bu gündən Azərbaycan Universitetinin bakalavriat pilləsində təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsinə start verilib. Biznes və iqtisadiyyat, Humanitar fənlər və İnformasiya-kommunikasiya texnologiyaları fakültələrində təhsil alan 161 tələbə müxtəlif qurumlarda təcrübə keçəcəklər.

Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ASAN Xidmət, Kapital Bank, Respublika Bank, AMEA-nın müxtəlif institutları, Yasamal rayon Bələdiyyəsi, SOS Uşaq Kəndləri və digər dövlət orqanları və biznes qurumlarında təcrübəçi tələbələrə 38 müəllim rəhbərlik edəcək.

Həm təcrübəçi tələbələr, həm də onlara rəhbərlik edəcək müəllimlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, sənədləşmə işləri, qiymətləndirmə sistemi və meyarları, üzərlərinə düşən öhdəliklər haqqında daha ətraflı məlumat təcrübənin başlanğıc konfransında təqdim olunub. Tədbirdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər toplusu rəhbərlərə təqdim edilib.

İstehsalat təcrübəsi 25 may 2019-cu il tarixində yekunlaşacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.02.2019

DİGƏR XƏBƏRLƏR