XƏBƏRLƏR

Azərbaycan Universitetinin 2 tələbəsi təhsilini Almaniyada davam etdirəcək

Azərbaycan Universitetinin 2 tələbəsi təhsilini Almaniyada davam etdirəcək

18 iyul 2019

Baxış sayı: 3569

Azərbaycan Universitetinin 2 tələbəsi 2019/2020-ci tədris ilinin payız semestrində təhsillərini Almaniyanın Koblenz Universitetində davam etdirəcəklər. Tərcümə ixtisası üzrə təhsil alan tələbələr Hüriyə Səlimova (IV kurs) və Nurlan Vəlizadə (III kurs) “Erasmus+” mübadilə proqramı çərçivəsində  seçim prosesinin bütün mərhələlərini uğurla keçərək bu universitetdən dəvət alıblar. Onlar sentyabr ayında Almaniyaya yola düşəcəklər.

Tələbələrimiz təhsil aldıqları dövrdə tam təqaüdlə (hər ay üçün 800 avro) təmin olunacaq, eyni zamanda yol xərcləri (500 avro) qarşılanacaq. Onların Koblenz Universitetində əldə etdikləri kreditlər Azərbaycan Universitetinə transfer olunacaq və müvafiq qaydada tanınacaq.

Xaricdə təqaüdlü təhsil imkanları ilə tanış olmaq istəyən tələbələrimiz Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.

Tel: (+99412) 994 12 449 96 45, (+99412) 431 41 12/13/16/17 (130)
E-poçt: international.office@au.edu.az

İctimaiyyətlə əlaqələr şöbəsi
18.07.2019


DİGƏR XƏBƏRLƏR