XƏBƏRLƏR

Azərbaycan Universitetinin 2020-ci il məzunları ilə onlayn görüş keçirilib

Azərbaycan Universitetinin 2020-ci il məzunları ilə onlayn görüş keçirilib

01 iyul 2020

Baxış sayı: 3570

Azərbaycan Universitetinin 2019/2020-ci tədris ili məzunları ilə onlayn formatda görüş təşkil olunub. Görüşdə universitet rəhbərliyi və professor-müəllim heyəti bakalavriat və magistratura məzunlarını təbrik edərək xoş arzularını çatdırıblar.   

Qeyd olunub ki, universitetin 26-cı buraxılışı bütün dünyanı bürüyən Covid-19 pandemiyası dövrünə təsadüf edir. Pandemiya təhsil prosesinin onlayn mühitə keçməsini məcburiləşdirib və bu səbəblə 2020-ci il məzunları üçün ənənəvi Məzun Günü tədbiri təşkil etmək mümkün olmayıb.

Bildirilib ki, Azərbaycan Universiteti 2021-ci ildə ənənələrini davam etdirməyi planlaşdırır və cari ilin bütün məzunları növbəti il təşkil olunacaq məzun günü tədbirinə dəvət olunurlar.

Onlayn görüşdə universiteti fakültələr üzrə yüksək göstəricilərlə bitirən məzunların adları elan olunub, 2019/2020-ci tədris ilində Azərbaycan Universitetindən birinciliklə məzun olan Nigar Rəhimova və magistraturaya qəbul imtahanında 93 bal toplayaraq Respublika ikincisi olan və ali təhsilin növbəti pilləsi üçün də Azərbaycan Universitetinin seçən Elimxan Əliyev məzunlar adından çıxış edərək müəllimlərinə təşəkkür edib, sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər.  

Qeyd edək ki, Azərbaycan Universitetini bu il  221- bakalavriat, 36-sı magistratura pilləsində olmaqla 257 məzun bitirir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
01.07.2020

DİGƏR XƏBƏRLƏR