XƏBƏRLƏR

Azərbaycan Universitetinin XXII buraxılış Məzun Günü keçirilib

Azərbaycan Universitetinin XXII buraxılış Məzun Günü keçirilib

24 iyun 2016

Baxış sayı: 7039

Azərbaycan Universitetinin 2015/2016-cı il məzunlarına həsr olunmuş XXII buraxılış Məzun Günü Park Inn otelində keçirilb. Tədbirdə Universitetin müəllim və tələbə heyəti, cari tədris ilinin məzunları, valideynlər, bir sıra dövlət rəsmiləri, iş dünyasının, qeyr-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbiri giriş nitqi ilə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov açıb. Rektor məzunları təbrik edərək, onlara öz tövsiyələrini verib.
Rəsmi hissədə Vergilər Nazirliyinin nümayəndəsi, 2007 – 2011 –ci illər arasında Azərbaycan Universitetinin rektoru vəzifəsini icra etmiş, AMEA-nın müxbir üzvü, professor Akif Musayev və “BP Azərbaycan” şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli təbrik nitqi ilə çıxış ediblər.
Tədbirdə universiteti ictimai fəallıq nümayiş etdirən məzunları ilə fakültələr üzrə yüksək nəticələr əldə edən məzun olanlar xüsusi diplomla mükafatlandırılıblar.  Azərbaycan Universitetindən 2015/2016-cı tədris ilində birinciliklə məzun olan Ramin Həsənov (Biznes və iqtisadiyyat fakültəsi, Maliyyə - BBA) 2016-cı il məzunları adından çıxış edib.
Ənənəvi Məzun Gününün ikinci hissəsində isə işirakçılar populyar musiqinin parlaq səslərindən Çingiz Mustafayevin ifalarına qulaq asıblar.
Qeyd edək ki, Azərbaycan Universitetinin 2015/2016-cı tədris ilində 19 ixtisas və 10 ixtisaslaşma üzrə 276 –sı bakalavriat və 44-ü magistratura proqramlarında olmaqla 320 məzun namizədi var.  İmtahanlar 03 iyul 2016-cı il tarixində yekunlaşacaq.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
24.06.2016

DİGƏR XƏBƏRLƏR