XƏBƏRLƏR

Azərbaycan Universitetinin 23-cü buraxılış Məzun Günü keçirilib

Azərbaycan Universitetinin 23-cü buraxılış Məzun Günü keçirilib

01 iyul 2017

Baxış sayı: 6828

Azərbaycan Universitetinin 2016/2017-ci il məzunlarına həsr olunmuş 23-cü buraxılış Məzun Günü “Excelsior Hotel&Spa Baku”da keçirilib. Tədbirdə Universitet rəhbərliyi, professor-müəllim heyəti, cari tədris ilinin məzunları, valideynlər, dövlət rəsmiləri, iş dünyasının nümayəndələri iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin rəsmi hissəsini giriş nitqi ilə Vergilər Nazirliyi Tədris Mərkəzinin rəhbəri və Azərbaycan Universiteti rektorunun məsləhətçisi Əli Həsənov açıb. Rəsmi hissədə Azərbaycan Universitetinin 1997/98-ci tədris ili bakalavriat pilləsinin, 1999/2000-ci tədris ili magistratura pilləsinin məzunu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – ASAN Xidmət sədrinin müşaviri, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov təbrik nitqi ilə çıxış edib.  

Tədbirdə universitetin ictimai fəallıq nümayiş etdirən məzunları ilə fakültələr üzrə yüksək nəticələr əldə edərək məzun olanlar təşəkkürnamə ilə mükafatlandırılıblar. 2016/2017-ci tədris ilində Azərbaycan Universitetindən birinciliklə məzun olan İntizar Məmmədrzayeva (Humanitar fənlər fakültəsi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi) öz şəklinin “Azərbaycan Universitetinin fəxrləri” löhvəsində yerləşdirib və məzunlar adından çıxış edib.

23-cü buraxılış Məzun Gününün ikinci hissəsində isə işirakçılar populyar musiqinin parlaq simalarından Çingiz Mustafayev & Palmas qrupunun ifalarına qulaq asıb, DJ proqramı ilə əyləniblər.

Qeyd edək ki, Azərbaycan Universitetinin 2016/2017-ci tədris ilində 291 –i bakalavriat və 48-i magistratura proqramlarında olmaqla 339 məzun namizədi var.  Yekun Dövlət Atestasiyası 03 iyul 2017-ci il tarixində yekunlaşacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.06.2017

DİGƏR XƏBƏRLƏR