XƏBƏRLƏR

Azərbaycan Universitetinin 30 illiyinə həsr olumuş “Xatirə kitabı” çap olunub

Azərbaycan Universitetinin 30 illiyinə həsr olumuş  “Xatirə kitabı” çap olunub

15 fevral 2022

Baxış sayı: 1911

Azərbaycan Universitetinin 30 illiyinə həsr olumuş “Xatirə kitabı” çap olunub. Rektor Səadət Əliyevanın önsözü ilə başlayan kitaba yubiley münasibətilə universitetə ünvanlanan təbriklər, Azərbaycan Universitetinə müxtəlif illərdə rəhbərlik etmiş rektorlar prof. Səlahəddin Xəlilov, prof. Akif Musayev, prof. Fərahim Sadıqov, dos. Eldar Qəhrəmanovun, o cümlədən bir qrup məzunun, struktur bölmə rəhbərlərinin təbrik və xatirə yazıları daxil edilib.

Kitabda Azərbaycan Universitetinin keçdiyi 30 illik inkişaf yoluna qısa nəzər salınır, universitet tarixindən faktlar və fotosənədlər də təqdim olunur.

Qeyd edək ki, ölkəmizdə özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universitetinin fəaliyyətə başlamasının 30 ili tamam olur. Universitetin 30 illik yubileyi pandemiya şəraitinə uyğun olaraq müxtəlif tədbirlərlə qeyd olunur. 1991-ci ildə AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov tərəfindən təsis olunan universitetə  2017-ci ildən Səadət Əliyeva rəhbərlik edir.

Kitaba keçid: 
https://www.au.edu.az/upload-files/menu/30/xatire_kitabi.pdf

İctimaiyyətlə əlaqələr şöbəsi
15.02.2022

DİGƏR XƏBƏRLƏR