XƏBƏRLƏR

Azərbaycan Universitetinin bir qrup tələbəsi yaz semestrini Türkiyədə oxuyacaq

Azərbaycan Universitetinin bir qrup tələbəsi yaz semestrini Türkiyədə oxuyacaq

29 dekabr 2016

Baxış sayı: 4842

Azərbaycan Universiteti Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarda təhsil alan beş nəfər tələbəsi 2016/2017-ci tədris ilinin yaz semestrini Türkiyə respublikasının Anadolu Universitetində oxuyacaq.

Nail Sadıqov (Maliyyə, IV kurs), Mehparə Cəfərova (Dünya iqtisadiyyatı, III kurs), Turan Nurməmmədova (Dünya iqtisadiyyatı, III kurs), Tərlan Rüstəmov (Maliyyə, III kurs) və Nuranə Abdullayeva (Mühasibat uçotu və audit, III kurs) “Erasmus+” mübadilə proqramı çərçivəsində bu universitetdə oxuma hüququ əldə ediblər.

Tələbələrimiz təhsil aldıqları dövrdə tam təqaüdlə (hər ay üçün 800 avro) təmin olunacaq, eyni zamanda xərcləri qarşılanacaq. Tələbələrin Anadolu Universitetində əldə etdikləri kreditlər Azərbaycan Universitetində müvafiq qaydada tanınacaq.

Qeyd edək ki, Azərbaycan Universiteti mübadilə proqramlarında fəal iştirak edir. Tələbə mübadilə proqramları ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq əlaqələr şöbəsi tərəfindən icra olunur.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
29.12.2016

 

DİGƏR XƏBƏRLƏR