XƏBƏRLƏR

Azərbaycan Universitetinin əməkdaşları İtaliyada səfərdədir

Azərbaycan Universitetinin əməkdaşları İtaliyada səfərdədir

24 may 2022

Baxış sayı: 1191

Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Nüşabə Quliyeva ilə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov İtaliyanın Tuscia Universitetində səfərdədir. Əməkdaşlarımız qeyd olunmuş universitetdə “Erasmus” proqramı çərçivəsində təşkil olunan 5 günlük “International Week” tədbirində iştirak edirlər.

20-dən çox ölkədən 60-a yaxın nümayəndənin iştirak etdiyi tədbirdə ali təhsildə beynəlmiləlləşmə, beynəlxalq kredit mobilliyinin idarə olunması, “Erasmus” beynəlxalq mobillik ofislərinin fəaliyyətinin təşkili, “Erasmus” proqram və layihələrinə müraciətlər, keyfiyyətin idarə olunması, mədəniyyətlərarası dialoq kimi mövzularda fikir mübadiləsi aparılır, ikitərəfli görüşlər keçirilir.

Qeyd edək ki, mayın 23-də başlayan tədbir mayın 27-də yekunlaşacaq. Azərbaycan Universiteti tədbirdə  ölkəmizi təmsil edən yeganə ali təhsil müəssisəsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
24.05.2022

DİGƏR XƏBƏRLƏR