XƏBƏRLƏR

Azərbaycan Universitetinin 2 əməkdaşı dosent elmi adı alıb

Azərbaycan Universitetinin 2 əməkdaşı dosent elmi adı alıb

08 iyul 2019

Baxış sayı: 3728

Azərbaycan Universiteti Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva və Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Əminə İbrahimli dosent elmi adı alıb.

İqtisad üzrə fəlsəfə doktoru Aygün Musayeva Ali Attestasiya Komissiyasının qərarı ilə Sosial işin təşkili kafedrası üzrə dosent elmi adı alıb.

Aygün Akif qızı Musayeva 2004-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsindən məzun olub. 2006-cı ilə bu ixtisas üzrə Bakı Dövlət Universitetindən, 2012-ci ildə isə İsveçin Stokholm Universitetindən Beynəlxalq sosial iş ixtisası magistr dərəcəsi alıb. 2006-2009-cu illərdə AMEA-nın Kibernetika İnstitutunun aspiranturasında oxuyub. 2014-cü ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

1 dərs vəsaitinin, 20-yə yaxın elmi məqalənin müəllifidir.

Filologiya üzrə fəlsəfə doktoru Əminə İbrahimli Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan dili və ədəbiyyat kafedrası üzrə  dosent elmi adı alıb.

Əminə Qüdrət qızı İbrahimli 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsindən məzun olub. 2006-cı ildən filologiya üzrə fəlsəfə doktorudur. 2010-cu ildən Azərbaycan dili və ədəbiyyat kafedrasının dosent əvəzi vəzifəsini icra edir.

2 dərs vəsaitinin, 10 elmi məqalənin müəllifidir.

Əməkdaşlarımızı təbrik edir, elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.07.2019

DİGƏR XƏBƏRLƏR