XƏBƏRLƏR

Azərbaycan Universitetinin 2 tələbəsi yaz semestrini Almaniyada oxuyur

Azərbaycan Universitetinin 2 tələbəsi yaz semestrini Almaniyada oxuyur

04 may 2021

Baxış sayı: 2006

Azərbaycan Universitetinin 2 tələbəsi – Azər Rzayev və Mir Murad Sadıxov “Erasmus+” tələbə mübadilə proqramı xətti ilə Almaniyada təhsillərini davam etdirirlər. Azər Rzayev kompüter mühəndisliyi ixtisası üzrə magistratura birinci kurs, Mir Murad Sadıxov isə MBA proqramı (mühasibat uçotu) üzrə ikinci kurs tələbəsidir.

Tələbələrimizin xaricdə təhsili koronavirus pandemiyası ilə bağlı yaranmış olduqca təhlükəli və riskli dövrə təsadüf edir. Ekstermal vəziyyətin səbəb olduğu çətinliklərə baxmayaraq onlar Remagen şəhərində məhsuldar və maraqlı tələbəlik həyatı keçirirlər. Tələbələrimizə uğurlar arzulayır və xatırladırıq ki, Beynəlxalq əlaqələr şöbəsi "Erasmus+" tələbə mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetinə növbəti dəfə tələbə qəbulu elan edir.

2021/2022-ci tədris ilinin payız semestrində təhsilini Almaniyada davam etdirmək istəyən İngilis dili bilikləri yüksək, GPA balı 2.5-in üzərində olan və aktiv sosial fəaliyyət göstərən tələbələr Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər. Müraciət üçün son tarix 12 may 2021-ci ildir. Daha ətraflı məlumat almaq istəyən tələbələr 055 220 40 53 nömrəli telefon ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, Azərbaycan Universiteti “Erasmus+” Beynəlxalq Kredit Mobilliyi Proqramı ilə əməkdaşlığa 2015-ci ildə başlayıb. Proqram əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Mübadilə proqramı ilə xaricə göndərilən bütün tələbələr aylıq 840 avro məbləğində təqaüd və yol xərci ilə təmin olunurlar. Həmin tələbələrin təhsil aldıqları dövrdə qazandıqları kreditlər daha sonra Azərbaycan Universitetinə transfer olunur. Onlar xarici tərəfdaş universitetlərdə beynəlxalq təcrübə və elm ocaqları ilə qaynayıb-qarışmaqla yanaşı, müxtəlif xalqların mədəniyyəti ilə də tanış olur, ən əsası isə ingilis dilini inkişaf etdirmək istiqamətində zəngin təcrübə əldə edirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.05.2021

DİGƏR XƏBƏRLƏR