XƏBƏRLƏR

İKT komandamız beynəlxalq olimpiadanın yarımfinal mərhələsinə yüksəlib

İKT komandamız beynəlxalq olimpiadanın yarımfinal mərhələsinə yüksəlib

06 noyabr 2017

Baxış sayı: 5486

Azərbaycan Universitetinin Fəhmin Zakirli (Kompüter mühəndisliyi, II kurs), Əlizaman Həbibli (Kompüter mühəndisliyi, II kurs) və Sərxan Abbaszadədən (Kompüter mühəndisliyi, IV kurs) ibarət “AU-1” komandası “42-ci ACM ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. Komandamız bu hüququ müsabiqənin 1/4 final mərhələsində (XIII Azərbaycan çempionluğu) göstərdiyi nəticələrə əsasən əldə edib.Ardıcıl olaraq bir neçə ildir ki, müsabiqədə iştirak edən və indiyə qədər “iştirakçı sertifikatı”alan tələbələrimiz ilk dəfə bu il müsabiqənin “fərqlənmə sertifikatı”na layiq görülüblər.

Beynəlxalq proqramlaşdırma müsabiqəsinin 1/4 final mərhələsi həftə sonunda Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə keçirilib. Müsabiqədə 17 ali təhsil müəssisəsindən 51 komanda və 3 məktəblilər komandası (müsabiqədən kənar) iştirak edib. Azərbaycan Universiteti bu mərhələdə 4 komanda ilə təmsil olunub. Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə http://neerc.ifmo.ru/contest/ saytında PCMS2 online avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

Qeyd edək ki, “42-ci ACM ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi 2-3 dekabr 2017-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək.

Müsabiqənin nəticələri ilə keçidə daxil olmaqla tanış ola bilərsiniz.

http://neerc.ifmo.ru/archive/2017/azerbaijan/standings.html

İctimaiyyətlə əlaqələr şöbəsi
06.11.2017

DİGƏR XƏBƏRLƏR