XƏBƏRLƏR

Azərbaycan Universitetinin kolllektivi Gənclər Gününə həsr olunmuş bayram balında iştirak edib

Azərbaycan Universitetinin kolllektivi Gənclər Gününə həsr olunmuş bayram balında iştirak edib

29 yanvar 2016

Baxış sayı: 4812

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, bir qrup müəllim və tələbə heyəti Nəsimi rayon gənclərinin "2 Fevral – Gənclər Günü"nə həsr olunmuş möhtəşəm bayram balında iştirak edib. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gülüstan” sarayında keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkillləri, elm, mədəniyyət və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə fərqlənən qabaqcıl gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İki hissədən ibarət olan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rəsmi hissədə çıxış edərək bildirib ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.
Digər çıxışçılar ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb, gəncləri bayram münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Daha sonra rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclər 20 nominasiya üzrə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar. Gənclərə həmçinin qiymətli hədiyyələr də verilib. Nəsimi gənclərini təbrik edənlər arasında arasında Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov də olub. Təltif olunanlar sırasında isə Azərbaycan Universitetinin İqtisadiyyat ixtisası üzrə təhsil alan III kurs tələbəsi Aytac Səfərli də var.
Tədbir bayram konserti ilə davam etdirilib. Bədii hissədə populyar müğənnilər sevilən mahnılarını ifa ediblər.

 İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
29.01.2016

DİGƏR XƏBƏRLƏR