XƏBƏRLƏR

Tələbələrimiz Milli Azərbaycan Tarixi Muzeyi və Səməd Vurğunun ev muzeyini ziyarət edib

Tələbələrimiz Milli Azərbaycan Tarixi Muzeyi və Səməd Vurğunun ev muzeyini ziyarət edib

08 dekabr 2017

Baxış sayı: 4323

Azərbaycan Universitetinin magistratura tələbələri Milli Azərbaycan Tarixi Muzeyi və Səməd Vurğunun ev muzeyini ziyarət edib. Tələbələrə Azərbaycan Universiteti rektorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva və İctimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Məhəmməd Əliyev rəhbərlik edib. Ziyarət tələbələrin dünyagörüşünün artırılması, Azərbaycan tarixi və ədəbiyyatına dair biliklərinin zənginləşməsi və əyani vəsaitləri onlara real formada göstərib izah etmək məqsədi ilə təşkil olunub.  

Azərbaycanın yeni və ən yeni tarixi, Azərbaycan ədəbiyyatı və Amerika ədəbiyatı ixtisasları üzrə təhsil alan tələbələr muzeylərin bölmələrini gəzib, muzeyin kolleksiya və fondlarında toplanmış eksponatlar ilə tanış olublar. 

İctimaiyyətlə əlaqələr şöbəsi
08.12.2017


DİGƏR XƏBƏRLƏR