XƏBƏRLƏR

Azərbaycan Universitetinin məzunlarına 10 faiz güzəşt tətbiq olunacaq

Azərbaycan Universitetinin məzunlarına 10 faiz güzəşt tətbiq olunacaq

30 iyul 2019

Baxış sayı: 3314

Magistraturanın boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır. 
Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq. 
Bank işi, Vergi və vergiqoyma, Azərbaycan ədəbiyyatı, Azərbaycan dili, Ədəbiyyatşünaslıq (Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı), Sosial iş, Tərcümə (İngilis dili) və Tarix (Azərbaycanın yeni və ən yeni tarixi) ixtisaslaşmalarına II turda da Dövlət Sifarişi ilə qəbul mümkündür.

Azərbaycan Universiteti üzrə boş qalan plan yerlərinin siyahısı aşağıdadır.

  • 263125 Maliyyə / Bank işi - 5 yer
  • 263133 Maliyyə / Vergi və vergiqoyma - 4 yer
  • 263141 İqtisadiyyat / İqtisadiyyatın hüquqi tənzimlənməsi - 5 yer
  • 263158 İqtisadiyyat / Turizmin iqtisadiyyatı - 5 yer
  • 263166 Filologiya / Azərbaycan ədəbiyyatı - 4 yer
  • 263174 / Filologiya Azərbaycan dili - 3 yer
  • 263182 Filologiya / Ədəbiyyatşünaslıq (Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı) - 2 yer
  • 263214 Sosial iş / Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş - 3 yer
  • 263222 Sosial iş / Gənclərlə iş - 2 yer
  • 263239 Tərcümə / Tərcümə (İngilis dili üzrə) - 5 yer
  • 263247 Tarix / Azərbaycanın yeni və ən yeni tarixi - 1 yer

MBA proqramı

(Azərbaycan bölməsi)

  • 263255 Biznesin idarə edilməsi (maliyyə üzrə) - 1 yer
  • 263263 Biznesin idarə edilməsi (marketinq üzrə) - 9 yer
  • 263271Biznesin idarə edilməsi (vergi  üzrə) - 6 yer
  • 263288 Biznesin idarə edilməsi  (mühasibat uçotu üzrə) - 7 yer

MBA proqramı

(Azərbaycan və rus bölməsi birgə, tədris ingilis dilində)

  • 263296 Biznesin idarə edilməsi (maliyyə üzrə) - 4 yer
  • 263311 Biznesin idarə edilməsi (marketinq üzrə) - 4yer
  • 263328 Biznesin idarə edilməsi (vergi üzrə) - 5 yer
  • 263336 Biznesin idarə edilməsi (mühasibat uçotu üzrə) - 5 yer

Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir. İllik təhsil ödənişi 2000 manatdır. Ödənişli əsaslarla qəbul olan tələbələr II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala bilirlər. Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universiteti tərəfindən tanınır.

Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv

İctimaiyyətlə əlaqələr şöbəsi
30.07.2019

DİGƏR XƏBƏRLƏR