XƏBƏRLƏR

Azərbaycan Universitetinin nəzdində magistraturaya hazırlıq kursu fəaliyyət göstərir

Azərbaycan Universitetinin nəzdində magistraturaya hazırlıq kursu fəaliyyət göstərir

24 oktyabr 2018

Baxış sayı: 3916

Artıq ikinci ildir ki, Azərbaycan Universitetinin nəzdində magistraturaya hazırlıq kursu fəaliyyət göstərir. Birinci ilində uğur faizi 70 olan kursun keçən ilki iştirakçılarından Əsmər Quliyeva, Nigar Abdullayeva, Bahar Həsənli Azərbaycan Universitetinin, Səbinə İsgəndərli Azərbaycan Dövlət İqtisad Universitetinin, Elnarə İsgəndərova Odlar Yurdu Universitetinin magistratura proqramlarına qəbul olub.

Bu il açılan I mərhələ hazırlıq qrupuna qeydiyyat artıq yekunlaşıb və dərslər başlayıb. Magistratura I mərhələ hazırlıq kursu informatika, məntiq, xarici dil (ingilis və rus dilləri) fənlərini əhatə edir və Dövlət İmtahan Mərkəzi tərəfindən tərtib olunan proqrama tam uyğun şəkildə keçirilir.

Dərsləri 1-10 nəfərlik qruplarda magistratura hazırlığı üzrə uzun müddətli təcrübəsi olan peşəkar müəllim heyəti - Azərbaycan Universiteti İKT fakültəsinin dekanı Asif Paşayev, Riyaziyyat – informatika kafedrasının müəllimi Nigar Rzayeva və Xarici dillər kafedrasının müəllimi Könül Məmmədova aparır.

Yeni müraciət edənlər üçün dərslər sürətləndirilmiş proqram üzrə təşkil olunacaqdır.

Ətraflı məlumat üçün
Tel: (+99412) 431 41 12 (daxili 121, 122), (+994) 50 268 38 07

İctimaiyyətlə əlaqələr şöbəsi
24.10.2018



24.10.2018

DİGƏR XƏBƏRLƏR