XƏBƏRLƏR

Azərbaycan Universitetinin nümayəndəsi PETRA layihəsi çərçivəsində Türkiyəyə səfər edib

Azərbaycan Universitetinin nümayəndəsi PETRA layihəsi çərçivəsində Türkiyəyə səfər edib

28 noyabr 2017

Baxış sayı: 5801

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” PETRA (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities) layihəsi çərçivəsində Türkiyənin Gazi Universitetində səfərdə olub.

Bəxtiyar Bədəlov proqram çərçivəsində Türkiyənin Gazi Universitetində müzakirələrdə iştirak edib, nümayəndəmizə universitetin inzibati binaları, tədris korpusları və tədris- təcrübə sahəsi ilə də yaxından tanış olmaq imkanı da yaradılıb.

Layihənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin də tərəfdaş olduğu layihədə 8 Azərbaycan  Universiteti – Azərbaycan Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti iştirak edir. Layihənin koordinatoru İspaniyanın Valensiya Politexnik Universitetidir. Layihənin Avropdan olan tərəfdaşları isə Finlandiyadan Jyvaskyla, Macarıstandan Debrecen, Avstriyadan Vyana Tətbiqi Elmlər, Türkiyədən Gazi universitetləridir.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.11.2017


DİGƏR XƏBƏRLƏR