XƏBƏRLƏR

Azərbaycan Universitetinin payız konfranslarına məqalə qəbulu davam edir

Azərbaycan Universitetinin payız konfranslarına  məqalə qəbulu davam edir

17 sentyabr 2019

Baxış sayı: 3305

Azərbaycan Universitetinin payız aylarında keçirəcəyi elmi konfranslara məqalə qəbulu davam edir.

“Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika konfransına məqalə qəbulu 27 sentyabr 2019-cu il tarixində yekunlaşacaq. Konfransda davamlı inkişaf strategiyalarının və bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin müzakirəsi nəzərdə tutulur. 24 oktyabr 2019-cu il tarixində keçiriləcək konfrans ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunur.

 

Daha ətraflı məlumat üçün konfransın səhifəsinə keçid:

/az/menu/325/

“Gender problemi və müasir Azərbaycan” beynəlxalq konfransına məqalələrin göndərilməsi üçün son  tarix isə 28 oktyabr 2019-cu ildir.

27 noyabr 2019-cu il tarixində keçiriləcək   konfransının əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir. 

2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbirin bu ildən başlayaraq beynəlxalq statusda təşkil olunması nəzərdə tutulur. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. İki konfransın təcrübəsi göstərdi ki, bu sahəyə maraq böyükdür və mütəxəssislərin müzakirə etmək üçün xeyli ideya və yanaşmaları mövcuddur.

Daha ətraflı məlumat üçün konfransın səhifəsinə keçid:

/az/menu/336/

İctimaiyyətlə əlaqələr şöbəsi
17.09.2019

DİGƏR XƏBƏRLƏR