XƏBƏRLƏR

Azərbaycan Universitetinin qəbul planına yeni ixtisaslar əlavə olunub

Azərbaycan Universitetinin qəbul planına yeni ixtisaslar əlavə olunub

14 may 2020

Baxış sayı: 3121

Azərbaycan Universitetinin 2020/2021-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu planı təsdiqlənib.

Bakalavriat pilləsi üzrə 21, magistratura pilləsi üzrə isə 9 ixtisas və 20 ixtisaslaşma üzrə qəbul aparılacaq. Bakalavriat səviyyəsində bütün ixtisaslar, magistratura səviyyəsində isə MBA istisna olmaqla bütün ixtisaslaşmalara Dövlət sifarişi əsasında qəbul aparılacaq.

Qəbul planında yeni ixtisaslar da yer alıb. Bunlar bakalavriat pilləsi üzrə informasiya texnologiyaları, beynəlxalq ticarət və logistika, mühasibat, turizm bələdçiliyi, turizm işinin təşkili, təhsildə sosial-psixoloji xidmət, fəlsəfə, politologiya, muzey, arxiv işi və abidələrin qorunması ixtisasları, magistratura pilləsi üzrə isə Azərbaycanın qədim və orta əsrlər tarixi və iqtisadi fəaliyyətin riyazi və informasiya təminatı ixtisaslaşmalarıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.05.2020

DİGƏR XƏBƏRLƏR