XƏBƏRLƏR
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın təbriki
Əziz həmvətənlər!
Əziz soydaşlar!
Bu gün biz iki əlamətdar hadisə ərəfəsindəyik. Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməklə bərabər Yeni ili də qarşılayacağıq.
Bütün insanlar yeni ili yeni ümidlərlə – sevinc, xoşbəxtlik, uğur, bəzən möcüzə arzusu ilə gözləyir. 31 dekabr tarixinin isə bizim üçün mənəvi dəyəri çox böyükdür. 1989-cu ildən başlayaraq mənəvi birliyimizin rəmzinə çevrilmiş bayramdır.
Bu bayram və yeni il münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Ölkəmizə firavanlıq və qələbə, dünyamıza sülh və əmin-amanlıq arzulayıram. 2018-ci il özü ilə daha çox sevinc, daha çox xoşbəxtlik, daha çox uğur gətirsin!
İctimaiyyətlə əlaqələr şöbəsi
29.12.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsində iştirak edir
20 noyabr 2026
Dissertant Şəbnəm Xəlilzadənin dissertasiya işinin ilkin müzakirəsi keçirilib
20 noyabr 2026
Azərbaycan Universitetində süni intellekt alətlərinin elmi fəaliyyətə inteqrasiyası müzakirə olunub
19 noyabr 2026
Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün dörd moduldan ibarət təlim təşkil olunub
17 noyabr 2026
Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub
17 noyabr 2026
Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub
16 noyabr 2026
