XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri beynəlxalq sertifikata layiq görülüb

Azərbaycan Universitetinin tələbələri beynəlxalq sertifikata layiq görülüb

20 sentyabr 2018

Baxış sayı: 4838

Azərbaycan Universitetinin Tərcümə (İngilis dili), Sosial iş, Maliyyə, Mühasibat uçotu və Dünya iqtisadiyyatı ixtisasları üzrə təhsil alan   tələbələri  PTE (Pearson Test of English) tərəfindən təşkil olunan imtahanlarda müvəffəqiyyət əldə edərək beynəlxalq dil sertifikatını almağa nail olublar.

Danışıq və yazı olmaqla iki mərhələdən ibarət olan imtahanda iştirakçıların Intermediate (CEFF B1)  səviyyəsi üzrə bilik və bacarıqları yoxlanılıb. Tələbələrə Intermediate (CEFF B1) səviyyəsi üzrə PTE dil sertifikatları Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova tərəfindən təqdim olunub. 

Qeyd edək ki, PTE (Pearson Test of English) IELTS və TOEFL ilə yanaşı İngilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edənən məşhur sertifikatlardan biridir. Azərbaycan Universiteti 2017-ci ildə PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub.

Beynəlxalq sertifikat alan tələbələrin siyahısı

  • Nigar Rəhimova , Tərcümə (İngilis dili), III kurs
  • Nurlan Vəlizadə, Tərcümə (İngilis dili), II kurs
  • İslam Şirəliyev, Tərcümə (İngilis dili), II kurs
  • Kamran Kərimov, Sosial iş, II kurs
  • Qoşqar Əhmədov, Mühasibat uçotu və audit, II kurs
  • Hüseyn Şahbazlı, Mühasibat uçotu və audit, II kurs
  • Ayaz Mirzəyev, Maliyyə, III kurs
  • Nicat Zeynalov, Maliyyə, III kurs
  • Nadir Vəlizadə, Dünya iqtisadiyyatı, II kurs

İctimaiyyətlə əlaqələr şöbəsi
20.09.2018

DİGƏR XƏBƏRLƏR