XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri innovasiya həftəsində iştirak ediblər

Azərbaycan Universitetinin tələbələri innovasiya həftəsində iştirak ediblər

28 oktyabr 2019

Baxış sayı: 3404

Azərbaycan Universitetinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələri Maliyyə və iqtisadiyyat kafedrasının müəllimi Zeynəb Qiyasovanın təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi “InnoWeek – İnnovasiya həftəsi”ndə iştirak ediblər.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırdığı layihə çərçivəsində təşkil olunan yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilərdə iştirak edən tələbələrimiz həmçinin “Roboday” festivala da ziyarətçi kimi qatılıb. 

Tələbələr həmçinin təşkilati heyətin dəvəti ilə “InnoWeek – İnnovasiya həftəsi”nin “Eurasia Innovation Day” konfransında da izləyici kimi iştirak ediblər.

Qeyd edək ki, “InnoWeek – İnnovasiya həftəsi” layihəsi çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
28.10.2019

DİGƏR XƏBƏRLƏR