XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri üçün siğorta təlimləri keçirilir

Azərbaycan Universitetinin tələbələri üçün siğorta təlimləri keçirilir

14 noyabr 2017

Baxış sayı: 5292

Azərbaycan Universitetinin tələbələri üçün növbəti dəfə “Paşa Həyat Sığorta” ASC tərəfindən “Sığorta və sığorta mədəniyyəti” mövzusunda master klass təlimlərinə start verilib. “Paşa Həyat Sığorta”nın maarifləndirmə layihəsi üzrə keçirilən təlimlər bu şirkətin təlim mərkəzinin rəhbəri Pərviz Quliyev tərəfindən aparılır.

Üç gün davam edəcək təlimlərdə iştirakçılara sığorta haqqında ümumi məlumatlar, sığorta terminləri, sığortanın hüquqi bazası, sığorta mədəniyyəti, sığorta müqavilələrinin hazırlanması, sığortaçının hüquq və öhdəlikləri, sığorta sektoru, Azərbaycan və xarici sığorta bazarlarının inkişaf istiqamətləri və mövcud vəziyyəti kimi mövzular haqqında ətraflı məlumat çatdırılacaq. Təliminin sonunda tələbələrə müvafiq sertifikatlar təqdim olunacaq.

Təlimlərdə Biznes və iqtisadiyyat fakültəsinin 42 tələbəsi iştirak edir.

Qeyd edək ki, maarifləndirmə layihəsinə 2013-cü ilin iyul ayından start verilib. Layihənin əsas məqsədi tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik, bacarıq və qabiliyyətlərini artırmaqdır. 

İctimaiyyətlə əlaqələr şöbəsi
14.11.2017

DİGƏR XƏBƏRLƏR