XƏBƏRLƏR
Azərbaycan Universitetinin yeni doktorant və dissertantları ilə görüş keçirilib
Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə bu il doktorantura və dissertanturaya qəbul edilmiş doktorant və dissertantlarla görüş keçirilib. Tanışlıq və təlimat xarakterli görüşdə doktorant və dissertantların təhsil aldıqları müddətdə görəcəkləri işlər barədə məlumat diqqətə çatdırılıb.
Magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva doktorant və dissertantları təbrik edərək onlara tövsiyə və tapşırıqlarını çatdırıb, uğurlar arzulayıb.
Görüşdə doktorant və dissertantlara vəsiqələri təqdim olunub, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Universitetinə fəlsəfə doktoru proqramı üzrə 10 doktorant və 8 dissertant qəbul edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
20.02.2018
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib
07 oktyabr 2026
Azərbaycan Universitetində doktorantlarla tanışlıq görüşü keçirilib
05 oktyabr 2026
Azərbaycan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
02 oktyabr 2026
Azərbaycan Universitetində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
28 sentyabr 2026
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü keçirilib
25 sentyabr 2026
Üç fakültə, üç ulduz: “Ulduz tələbə” layihəsinin yeni qalibləri
21 sentyabr 2026
