XƏBƏRLƏR

Azərbaycan Universiteti BSUN tədbirlərində təmsil olunub

Azərbaycan Universiteti BSUN tədbirlərində təmsil olunub

12 iyul 2024

Baxış sayı: 128

Azərbaycan Universiteti Qara Dəniz Universitetləri Şəbəkəsi (Black Sea Universities Network - BSUN) tərəfindən Türkiyənin İstanbul Universitetində keçirilən Qara Dəniz Regionu Rektorlarının 16-cı Konfransı və  Qara Dəniz Universitetləri Şəbəkəsi - 2024 konqresində (BSUN 2024) təmsil olunub. Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılovanın iştirak etdiyi tədbirdə akademik əməkdaşlığın gücləndirilməsi, innovativ layihələrin həyata keçirilməsi və elmi tədqiqatların gələcəyi ilə bağlı müzakirələr aparılıb. Tədbirdə 12 ölkə və  120 universitetdən nümayəndə iştirak edib. 

Qeyd edək ki, BSUN 1998-ci ildə yaradılan və Qara Dəniz regionunda yerləşən universitetləri bir araya gətirən şəbəkədir. Təşkilatın əsas məqsədi, üzv universitetlər arasında əməkdaşlığı təşviq etmək, birgə təhsil və tədqiqat layihələri həyata keçirmək və regionun davamlı inkişafına töhfə verməkdir. BSUN müxtəlif konfranslar, seminarlar və təlim proqramları vasitəsilə üzv universitetlər arasında təcrübə və bilik mübadiləsini təmin edir. 

Azərbaycan Universiteti 2024-cü ildən BSUN üzvüdür. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR