XƏBƏRLƏR

Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin təhsil sərgisində iştirak edəcək

Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin təhsil sərgisində iştirak edəcək

10 iyul 2024

Baxış sayı: 209

Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzi tərəfindən 31 iyul – 2 avqust 2024-cü il tarixləri arasında təşkil olunan “Ali Təhsil Müəsisələrinin Sərgisi”ndə iştirak edəcək. Mərkəzin Elektron İmtahanlar Korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) keçiriləcək sərgi saat 10.30-dan 17.00-dək davam edəcək.

Azərbaycan Universitetinin stendi korpusun 4-cü mərtəbəsində olacaq. Universitetin əməkdaşları burada  abituriyentlərin suallarını cavablandıracaq, onlara Azərbaycan Universiteti haqqında ətraflı məlumat verəcəklər. 

Sərginin keçirildiyi günlərdə Azərbaycan Universitetinin əməkdaşları tərəfindən abituriyentlər üçün “İxtisas seçimi: nələrə diqqət etməli?” və “Karyera məqsədlərinin müəyyənləşdirilməsi və idarə edilməsi” mövzularında təlimlər də təşkil olunacaq. Təlimlər 506-cı otaqda saat 13.00-da başlayacaq və 13.50-dək davam edəcək. 

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.  Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.

https://portal.dim.gov.az/sergi/ 

Qeyd edək ki, sərgi ixtisas seçimi mərhələsi zamanı abituriyent və ali təhsil müəssisəsi arasında əlaqə yaratmaq məqsədilə təşkil olunur. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR