XƏBƏRLƏR

Azərbaycan Universiteti FHN-nin Akademiyasında keçirilən festivalda təmsil olunub

Azərbaycan Universiteti FHN-nin Akademiyasında keçirilən  festivalda təmsil olunub

01 iyun 2023

Baxış sayı: 614

Azərbaycan Universiteti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən “Xilasetmə” Gənclər Festivalında təmsil olunub. Tədbir ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi və akademiyanın yaranmasının 15 illiyinə həsr olunub. Festivalda Azərbaycan Universitetini İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayevin rəhbərlik etdiyi bir qrup əməkdaş və tələbə heyəti təmsil edib. 

Tədbir çərçivəsində “Avtomobil konstruksiyasında dövri dəyişikliklər, xilasetmə problemləri” mövzusunda II elmi seminar və sərgi keçirilib. Festivalın sərgi hissəsində xilasetmə və təhlükəsizlik sahələrində innovativ düşüncələri özündə əks etdirən stendlər nümayiş olunub. 

İştirakçılar akademiyanın ərazisində təşkil olunan praktik məşğələləri izləyib, həmçinin  müxtəlif təyinatlı stendlərlə tanış olaraq onları maraqlandıran suallarla stend nümayəndələrinə müraciət ediblər. 

Festivalda müxtəlif universitet, dövlət və özəl sektor nümayəndələri iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR