XƏBƏRLƏR

Azərbaycan Universiteti ilə İstanbul Arel Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Universiteti ilə İstanbul Arel Universiteti arasında  əməkdaşlıq imkanları müzakirə olunub

09 oktyabr 2023

Baxış sayı: 935

Türkiyənin İstanbul Arel Universitetinin nümayəndələri Azərbaycan Universitetində olub. Ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə Azərbaycan Universitetini rektorun müşaviri Nüşabə Quliyeva, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin əməkdaşı Sevlan Qurbanova, İstanbul Arel Universitetini isə bu ali məktəbin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Omid Salimi Lak, Öykü Bozanta, Devrim Arap və Erasmus proqram koordinatorluğundan Neslihan Kayış təmsil edib.

Görüşdə tərəflər qarşılıqlı olaraq təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, fakültələr və tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, beynəlxalq layihələrdə və tələbə mübadilə proqramlarında iştirak, elmi fəaliyyət və aktivlik, tələbələrə yaradılan imkanlar haqqında məlumat verib, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi səsləndiriblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR