XƏBƏRLƏR

Azərbaycan Universiteti ilə WSB Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Universiteti ilə WSB Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

19 oktyabr 2023

Baxış sayı: 769

Polşanın WSB Universitetinin nümayəndələri Azərbaycan Universitetində olub. Ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasımov, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin mütəxəssisi Sevlan Qurbanova, Polşanın WSB Universitetini isə Beynəlxalq əlaqələr üzrə prorektor Rafal Rebilas və Beynəlxalq əlaqələr üzrə dekan müavini Pavel Urgacz  təmsil edib.

Görüşdə tərəflər qarşılıqlı olaraq təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, fakültələr və tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom, beynəlxalq layihələr və tələbə mübadilə proqramlarında iştirak, elmi fəaliyyət və aktivlik, tələbələrə yaradılan imkanlar haqqında məlumat verib, qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR