XƏBƏRLƏR
Azərbaycan Universiteti Scimago reytinqində yenə ölkə ikincisidir
Scimago (Scimago Institutions Rankings) agentliyi 2023-cü il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb. Hesabata ilk dəfə 2022-ci ildə daxil olan Azərbaycan Universiteti bu il də keçən ilki kimi ölkə universitetləri siyahısında 2-ci yerdə qərarlaşıb. 2022-ci il hesabatında ölkə elmi müəssəsələri arasında 3-cü olan Azərbaycan Universiteti bu ilki hesabata görə bir pillə irəliləyərək 2-ci yerə qalxıb. Azərbaycan Universiteti həm də hesabata yenə bu reytinq üzrə ən yüksək kateqoriya olan Q1 kateqoriyası ilə daxil olub. Reytinqin əsas meyarlarından biri Scopus bazasında indekslənən jurnallarda həmin müəssisənin əməkdaşlarının dərc etdiyi elmi məqalələr və həmin məqalələrə olunan istinadların sayıdır.
Qeyd edək ki, reytinq siyahısında bu il Azərbaycandan 5 universitet, 3 elmi institut və 1 elmi təşkilat olmaqla cəmi 9 qurum yer alıb. Ötən il isə bu say 8 olub.
Bu reytinq İspaniyanın “Scimago” laboratoriyası ilə dünyanın ən böyük elmi nəşriyyatlarından biri olan “Elsevier” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. “Elsevier” şirkəti Azərbaycanda tədqiqatçıların elmmetrik göstəricilərini müəyyənləşdirilməsi məqsədilə ən sıx müraciət olunan elmi nəşr platformalarından biridir.
Məlumat mənbəyinə keçid: https://www.scimagoir.com/rankings.php?sector=Higher+educ.&country=AZE
İctimaiyyətlə əlaqələr şöbəsi