XƏBƏRLƏR

Azərbaycan Universiteti Sosial Hüquqların Araşdırılması İctimai Birliyi ilə əməkdaşlıq edəcək

Azərbaycan Universiteti  Sosial Hüquqların Araşdırılması İctimai Birliyi ilə əməkdaşlıq edəcək

28 fevral 2023

Baxış sayı: 6340

Azərbaycan Universiteti Sosial Hüquqlaırn Araşdırılması İctmai Birliyi ilə əməkdaşlıq memorandumu imzalayıb. Memorandumda sosial xidmət sahəsində elmi - təcrübi əlaqələrin inkişaf etdirilməsi, habelə bu istiqamətdə elm və təhsil sahəsində müasir dövrün tələblərinə cavab verən və ümumi-ictimai maraqlara xidmət edən əməkdaşlıq münasibətlərinin qurulması məsələləri öz əksini tapıb. 

Memoranduma əsasən birlik tərəfindən universitetin Sosial iş, Təhsildə sosial-psixoloji xidmət, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisaslarında təhsil alan tələbələri üçün praktik istiqamətdə məlumatlandırmanı təmin etmək məqsədilə müvafiq təlimlərin, istehsalat və elmi-tədqiqat təcrübə proqramlarının, ixtisasartırma təlimlərinin  təşkili nəzərdə tutulur. 

Tərəflər memorandum çərçivəsində sosial iş üzrə beynəlxalq və milli səviyyədə konfrans, seminar, simpozium kimi elmi tədbir və mühazirələrin təşkili, birgə sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, sosial xidmət sahəsində hər iki tərəf üçün maraq doğuran, ictimai əhəmiyyət kəsb edən digər istiqamət və sahələrdə də əməkdaşlıq edəcəklər.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR