XƏBƏRLƏR

Azərbaycan Universiteti “Ümidli Gələcək” İctimai Birliyi ilə əməkdaşlıq edəcək

Azərbaycan Universiteti  “Ümidli Gələcək” İctimai Birliyi ilə əməkdaşlıq edəcək

20 fevral 2023

Baxış sayı: 6660

Azərbaycan Universitetinin yerli tərəfdaşlarının sayı getdikcə artır. Növbəti əməkdaşlıq memorandumu Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi ilə imzalanıb. Memorandumda sosial xidmət sahəsində elmi - təcrübi əlaqələrin inkişaf etdirilməsi, habelə bu istiqamətdə elm və təhsil sahəsində müasir dövrün tələblərinə cavab verən və ümumi-ictimai maraqlara xidmət edən əməkdaşlıq münasibətlərinin qurulması kimi məsələlər öz əksini tapıb.

Memorandum çərçivəsində Sosial xidmət, Azərbaycan Uşaq Qaynar Xəttin fəaliyyəti, xüsusilə zorakılığa məruz qalmış, cinayətin qurbanı olan və cinayət törədən yetkinlik yaşına çatmayanlann sosial reabilitasiyasi sahəsində praktik istiqamətdə məlumatlandırmanı təmin etmək məqsədilə birliyin sosial xidmət mərkəzləri tərəfindən universitetin Sosial iş, Təhsildə sosial-psixoloji xidmət, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisaslarında təhsil alan tələbələr üçün təlimlərin təşkili nəzərdə tutulur. 

Tərəflər universitetin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələri üçün ictimai birlikdə müvafiq sahələr üzrə istehsalat və elmi-tədqiqat təcrübə proqramlarının, müvafiq ixtisasartırma təlimlərinin  təşkili istiqamətində də əməkdaşlıq edəcəklər. 

Memorandumda sosial iş üzrə beynəlxalq və milli səviyyədə konfrans, seminar, simpozium kimi elmi tədbir və mühazirələrin təşkili, birgə sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri də əksini tapıb.

Bundan əlavə tərəflər sosial xidmət sahəsində hər iki tərəf üçün maraq doğuran, ictimai əhəmiyyət kəsb edən digər sahələrdə də əməkdaşlıq edəcəklər. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR