XƏBƏRLƏR

Azərbaycan Universiteti “JOY” Uşaq İnkişaf Mərkəzi ilə memorandum imzalayıb

Azərbaycan Universiteti  “JOY” Uşaq İnkişaf Mərkəzi ilə memorandum imzalayıb

10 fevral 2023

Baxış sayı: 8053

Azərbaycan Universiteti ilə “JOY” Uşaq İnkişaf Mərkəzi (JOY Center for Child Development) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumun məqsədi sosial xidmət sahəsində elmi-təcrübi əlaqələrin inkişaf etdirilməsi, habelə bu istiqamətdə elm və təhsil sahəsində müasir dövrün tələblərinə cavab verən və ümumi-ictimai maraqlara xidmət edən əməkdaşlıq münasibətlərinin qurulmasıdır. 

Memorandum çərçivəsində sosial xidmət və əlilliyi olan şəxslərin sosial  reabilitasiyasi sahəsində praktik istiqamətdə məlumatlandırmanın təmin edilməsi məqsədilə Azərbaycan Universitetinin Sosial iş, Təhsildə sosial-psixoloji xidmət, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisaslarında təhsil alan tələbələri üçün “Aktiv öyrənmə”, “Uşaqlarda nitq inkişafı” “Şəkillər və simvollar” və  bu kimi digər mövzular üzrə təlimlərin təşkili, həmçinin tələbələr üçün JOY mərkəzində müvafiq sahələr üzrə istehsalat və elmi-tədqiqat təcrübə proqramlarının təşkili nəzərdə tutulub.

Tərəflər yerli və beynəlxalq səviyyəli konfrans və maarifləndirici tədbirlərin  təşkili, sosial layihələrin hazırlanması və həyata keçirilməsi kimi istiqamətlərdə də əməkdaşlıq edəcək, mərkəzin əməkdaşları Azərbaycan Universitetinin tədris – innovasiya infrastrukturundan istifadə edə biləcəklər. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR