XƏBƏRLƏR
Azərbaycan Universitetində 2023/2024-cü tədris ilinin yay imtahan sessiyası başlayıb
Bu gündən Azərbaycan Universitetində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. 4 iyul 2024-cü il tarixində başa çatacaq olan sessiya ərzində bakalavriat səviyyəsində 972, magistratura səviyyəsində isə 148 olmaqla 1120 imtahan təşkil olunacaq.
Sessiyanın mövcud normativ sənədlər əsasında təşkil olunması, sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahanların təşkilinə və gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılması üçün aşağıdakı tərkibdə komissiyalar fəaliyyət göstərir:
- İmtahan qərargahı: imtahanların təşkili, təhsilalanların biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsi və yekun imtahan nəticələrinin şifrələnməsi;
- İmtahan nəzarət komissiyası: imtahanların gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılması;
- Apellyasiya komissiyası: sessiya dövründə imtahan nəticələrinə dair baş verə biləcək mübahisələrin aradan qaldırılması və ehtiyac olduğu təqdirdə tələbənin imtahan cavabının yenidən qiymətləndirilməsi;
- İmtahan prosesi üzrə araşdırma komissiyası: imtahanlarda təhsilalanlarla təhsilverənlər arasında mübahisəli məqamların araşdırılması, tələbəyönümlülük, demokratiklik, aşkarlıq prinsiplərinin qorunması.
Təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq imtahanlar yazılı, test və zərurət yaranarsa şifahi şəkildə keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans keçirilir
04 may 2026
Azərbaycan Universitetində beynəlxalq konfrans işə başlayır
04 may 2026
Sosial iş tələbələrinin motivasiya spikerləri ilə görüşü təşkil olunub
30 aprel 2026
Ədliyyə Nazirliyi Azərbaycan Universitetində infosessiya keçirib
29 aprel 2026
Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans keçirilib
28 aprel 2026
Sosial iş tələbələri ilə karyera quruculuğuna həsr olunmuş görüş keçirilib
27 aprel 2026
