XƏBƏRLƏR

Azərbaycan Universitetində “28 May-Müstəqillik Günü” ilə bağlı tədbir keçirilib

Azərbaycan Universitetində “28 May-Müstəqillik Günü” ilə bağlı tədbir keçirilib

27 may 2024

Baxış sayı: 2310

Azərbaycan Universitetində “28 May-Müstəqillik Günü” ilə bağlı tədbir keçirilib. Siyasi və ictimai elmlər kafedrası tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, fəaliyyəti, mövcud olduğu 23 ay müddətində dövlət quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərə nəzər salınıb. Qeyd olunub ki, AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biridir.   

Diqqətə çatdırılıb ki, AXC-nin varisi olan müasir Azərbaycan dövləti artıq 33 ildir ki, müstəqillik yolunda inamla irəliləyir, onun ideallarını və yaratdığı zəngin dövlətçilik ənənələrini uğurla davam etdirir.  Cümhuriyyət qurucularının xidmətləri Azərbaycan dövləti və xalqı  tərəfindən hər zaman yüksək qiymətləndirilib. 2017-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb, 2018-ci il Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. May ayının 28-i Azərbaycanda “Müstəqillik Günü” kimi təsbit olunub. Bu əlamətdar hadisə Azərbaycanda və onun hüdudlarından kənarda hər il böyük qürur hissi ilə və geniş şəkildə qeyd olunur. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR