XƏBƏRLƏR

Azərbaycan Universitetində “8 Noyabr – Zəfər Bayramı” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində  “8 Noyabr – Zəfər Bayramı” mövzusunda tədbir keçirilib

04 noyabr 2022

Baxış sayı: 5291

Azərbaycan Universitetində İctimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən “8 Noyabr – Zəfər Bayramı” mövzusuna həsr olunan tədbirdə hərbi ekspert Ədalət Verdiyev, kafedranın professoru Mais Əmrahov, Vətən müharibəsi iştirakçısı, “Qarabağ Qaziləri” İctimai Birliyinin Yasamal rayonu üzrə nümayəndəsi, qazi Oruc Baxşəliyev iştirak edib. 

Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbiri giriş sözü ilə İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev açaraq, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin tarixi-siyasi əhəmiyyətini vurğulayıb, şanlı Qələbənin hər bir azərbaycanlının qürur duyacağı böyük hadisə olduğunu qeyd edib. 

Hərbi ekspert Ədalət Verdiyevin çıxışı “44 günlük Vətən müharibəsində möhtəşəm qələbə” mövzusuna həsr olunub. Ədalət Verdiyev bildirib ki, 1994-cü ildən başlayaraq sülh danışıqlarının səmərəsizliyi Azərbaycanı öz ərazilərini hərbi yolla qaytarmağa məcbur edib. Azərbaycan ordusunun Vətən müharibəsində tətbiq etdiyi XXI əsr müasir müharibə modeli və Şuşanın işğaldan azad edilməsi əməliyyatı hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilir. 

Professor Mais Əmrahov “İkinci Qarabağ – Vətən müharibəsinin dərsləri” mövzusunda çıxış edib. Çıxışda Dağlı Qarabağ münaqişəsi tarixi süzgəcdən keçirilib və zəfərin yaratdığı yeni reallıqlar və nəticələrə toxunulub. 

Qazi Oruc Baxşəliyev isə 44 günlük Vətən müharibəsinə dair cəbhə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR